Milli komandamızı darmadağın edən futbolçu döyüldü
22.01.2010 - 11:06
Milli komandamızı darmadağın edən futbolçu döyüldü
Portuqaliyanın “Sportinq” klubunun idman direktoru Rikardu Sa Pintu aparıcı futbolçusu Liedson ilə dalaşıb. Apasport.az saytının məlumatına görə, insident klub rəsmisinin istefa verməsi ilə nəticələnib.

Hər şey “Sportinq”in Portuqaliya kuboku uğrunda ikinci divizion təmsilçisi “Mafran”ı 4:3 hesabı ilə məğlub etdiyi oyundan sonra başlayıb. Sa Pintunun komandanın qapıçısı Rui Patrişiunun ünvanına bildirdiyi iradlar Lidesonu özündən çıxarıb. Nəticədə hücumçu ilə idman direktoru hələ oyun zamanı söyüşüb, oyundan sonra isə bir-birinə bir neçə zərbə vurublar.

Əslində çılğın xarakteri olan Sa Pintu hələ futbolçu karyerası zamanı da dava-dalaşları ilə yadda qalıb. Belə ki, portuqaliyalı veteran hücumçu 1997-ci ildə yığmasının baş məşqçisi Atrur Jorjeni onu heyətə cəlb etmədiyinə görə vurubmuş.

Qeyd edək ki, Sa Pintunun Azərbaycan milli komandası ilə də bağlılığı var. O, 1999-cu ildə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində milli komandamızla hər iki rəsmi oyunda əsas heyətdə meydana çıxıb. Hücumçu Gimarayeş şəhərindəki görüşdə 90 dəqiqə oynayıb, Bakıdakı oyunda isə fasilədən dərhal sonra əvəzlənib. Ən əsası, Sa Pintu milli komandamızı evdə 7:0 hesabı ilə darmadağın etdikləri oyunda vurduğu qolla hesabı açıb.
0