Yığmamızın oyunçusu Xaviyə çatdı
22.01.2010 - 11:20
Yığmamızın oyunçusu Xaviyə çatdı
Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatının final mərhələsində keçirilən son oyunlar bombardirlər yarışında dəyişikliyə səbəb olub.

Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının oyunçusu Biro Jade hesabına daha iki qol yazmaqla liderə şərik olub. Yığmamızın Çexiyanı 6:1 hesabı ilə məğlub etdiyi qarşılaşmada dubla imza atan braziliyalının hesabında artıq 3 qol var. İlk turun Macarıstanla (3:1) qarşılaşmasında hesabı açan Jade qollarının sayına görə Xavi Rodrigesə çatıb. İspaniya millisinin futzalçısı elə ilk turun Belarusla oyununda 3 dəfə fərqlənmişdi. Jade və Xavidən başqa heç kim 3 və daha çox qola imza atmayıb.

Qeyd edək ki, Avropa çempionatının 12 oyundan ibarət qrup mərhələsinin yarısı artıq arxada qalıb.
0