Rizvan Fərzəliyev: Çexiyaya uduzmağımızın səbəbləri deyiləsi deyil
22.01.2010 - 11:51
Rizvan Fərzəliyev: Çexiyaya uduzmağımızın səbəbləri deyiləsi deyil
“Şükür Allaha ki, qələbəmizin ardı gəldi. Çexiya 2 il əvvəl dünya çempionatının final mərhələsinə çıxmağımıza maneçilik törətdi. Amma həmin vaxt uduzmağımızın səbəbləri deyiləsi deyil. Bizim onlarla prinsipimiz var idi”. Bunu apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində Azərbaycan yığmasının futzalçısı Rizvan Fərzəliyev deyib.

O, milli komandamızın Macarıstanda keçirilən Avropa çempionatında daha da irəli gedəcəyinə inandığını bildirib. Fərzəliyev vurğulayıb ki, qitənin 4 ən güclü kollektivi arasına düşmək şansımız var: “Bizim komandanın perspektivini bilirsiniz. Yığmanın baza klubu olan “Araz” UEFA kubokunda “Dördlər finalı”na çıxıb. Milli komandamızın da yarımfinala yüksəlmək şansı var. İnşallah, növbəti mərhələdə İtaliya və ya Ukrayna ilə qarşılaşıb uğurlu nəticə göstərərik”.

Qeyd edək ki, yığmamız Avropa çempionatının A qrupunda keçirdiyi hər iki görüşdə qələbə qazanaraq, yüzfaizlik nəticə ilə 1/4 finala adlayıb.
0