Ronaldoya 94 milyon avro ödəyən səfeh imiş
22.01.2010 - 12:47
Ronaldoya 94 milyon avro ödəyən səfeh imiş
Madridin “Real” klublarının prezidentləri arasında münaqişə yaranıb. Apasport.az saytının məlumatına görə, “Kral klubu”nun sabiq prezidenti Lorentso Sans xələfi Florentino Peresi ictimaiyyət qarşısında kəskin tənqid edib.

Sansı özündən çıxaran ötən yay portuqaliyalı hücuma meylli yarımmüdafiəçi Kriştanu Ronaldonun transferinə görə 94 milyon avronun xərclənməsidir: “Ronaldoya 94 milyon avronu yalnız səfeh ödəyə bilərdi. Dünyada heç bir futbolçu bu məbləğə dəymir. Mənim vaxtımdakı komanda indikindən ən azı pis deyil. Ancaq bununla belə, transferlərə və məvaciblərə olduqca çox pul xərcləmirdik. Mən o komandanı indikinə dəyişməzdim. Onun qiyməti böyük olsa da, hazırkı vaxtda “Barselona”ya uduzur”.

Qeyd edək ki, 25 yaşlı Ronaldo “Real”a keçəndən sonra həm dünyanın ən bahalı, həm də ən yüksək ödənişli futbolçusu oldu.
0