Xaqani Məmmədov hakimlərin paxırını açdı
22.01.2010 - 13:55
“Ən problemli yerlərimizdən biri hakimlərimizin düzgün mövqe seçə bilməmələridir”. Apasport.az saytının xəbərinə görə, bunu AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov deyib.
Hazırda Antalyada hakimlərlə birgə toplanışda olan Məmmədov fit sahiblərinin nöqsanlarını açıqlayıb: “Oyun ərzində mövqe seçimlərində müəyyən yanlışlıqlara yol verirlər. Təhlillər zamanı bunu aradan qaldırmağın yollarını axtarırıq. Digər çatışmayan cəhətləri cərimələri düzgün qiymətləndirib vərəqələrin verilib-verilməməsidir. Bu iki problem hakimlərimizin çatışmayan əsas cəhətləri kimi üzə çıxır”.
Mənbə: affa.az

- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
0
0