Branimir Subaşiç indi də Avstriyaya üz tutdu
22.01.2010 - 14:26
Branimir Subaşiç indi də Avstriyaya üz tutdu
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiç karyerasını Avstriyada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı serb hücumçu bu ölkənin adı açıqlanmayan klubundan təklif alıb. Müqavilə ilə məxsus olduğu “Srvena Zvezda” klubuna lazım olmadığını görən Subaşiç yaxın günlərdə Avstriyaya səfər etməyə hazırlaşır. 2008-ci ili yayında “Neftçi”də 3 illik çıxışını başa vuraraq vətəninə qayıdan Branimir Belqrad təmsilçisində az qərar tutub. “Srvena Zvezda” cəmi yarım ildən sonra hücumçusunu Çinin “Çanqçun Yatay” klubuna icarəyə verib.

Qeyd edək ki, keçidi baş tutarsa, Subaşiç Avstriya çempionatında oynamış ilk Azərbaycan təmsilçisi olacaq.
0