Bir qadının Bekhemə təcavüzü
22.01.2010 - 15:03
Bir qadının Bekhemə təcavüzü
İtaliyanın “Milan” klubunda oynayan futbol ulduzu Devid Bekhem xoşagəlməz olayla qarşılaşıb. Lent.az-ın Türkiyənin “NTV” telekanalına istinadən verdiyi məlumata görə, 2010-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatında İngiltərə yığmasının tərkibində çıxış etməyi arzulayan Devid Bekhem dünən Milan şəhərində avtomobilindən düşərkən ona yaxınlaşan jurnalistlərin bu yöndə suallarını cavablandırmağa başlayıb.

Jurnalistlərin suallarını cavablandırdığı vaxt qəfil bir İtaliya telekanalında efirə çıxan “Sırtlanlar/Le Iene” adlı proqramın qadın aparıcısı Elena Di Coccio futbolçunun intim hissəsinə əl atıb. Özünü itirən Devid Bekhem sualları cavab verməyi dayandıraraq, mühafizəçilərinin müşayiəti ilə sürətlə yaxınlıqdakı avtomobilinə doğru irəliləyib. Elena Di Coccio isə futbolçudan əl çəkməyib və arxasınca maşına qədər yüyürərək əl edib.

Telekanal rəhbərliyi sonradan bu olayın əvvəlcədən düşünülmüş bir zarafat olduğunu açıqlayıb.
0