Milli komandanın futbolçusu dişsiz qalıb - FOTO
22.01.2010 - 14:58
Milli komandanın futbolçusu dişsiz qalıb - FOTO
Fransa milli komandasının futbolçusu Filipp Mekses dişini itirib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi “Roma”da komanda yoldaşı olan Simone Perrotta ilə məşqdə toqquşma zamanı dişsiz qalıb. Ancaq özünü itirməyən Mekses gülməklə hər şeyin qaydasında olduğunu göstərib. Üstəlik, o, özünü narahat hiss etmir və “Bavariya”dakı həmkarlarından fərqli olaraq, dava-dalaş da salmayıb.

Məsələ ondadır ki, Münhen təmsilçisində çıxış edən yığma üzvləri - Filipp Lampa Aryen Robben arasında belə toqquşmadan sonra insident yaranıb və onlar az qala dalaşıblar. “Roma”da oynayan digər fransalı futbolu Jeremi Menez isə zarafatından qalmayıb. O, bir neçə artıq dişini həmyerlisi ilə bölüşməyə hazırdır.
0