Özbəkistanda tanınmış idman jurnalisti həbs olunub
22.01.2010 - 15:48
Özbəkistanda tanınmış idman jurnalisti həbs olunub
Özbəkistanın tanınmış idman jurnalisti Xeyrulla Həmidov həbs olunub. Apasport.az saytının məlumatına görə, Daşkənddə tutulan həmkarımızın nədə təqsirlənməsi bilinmir.

Jurnalistin qohumlarının sözlərinə görə, milis işçiləri onu evindən şöbəyə aparıblar. Bu azmış kimi, onlar evdə tapılan kompüterləri də müsadirə ediblər. Ötən illərdə “Özbəkistan futbolu” qəzetində şərhçi kimi çalışan Həmidov “İnterfutbol” və “Çempion” qəzetləri ilə də əməkdaşlıq edib. O, bir neçə il əvvəl isə radioda dini məsələlərlə bağlı verilişin aparıcı olub.

Böyük populyarlıq qazanan, hətta CD-də də geniş yayılan həmin veriliş sonradan hakimiyyəti qərarı ilə bağlanıb. Dövlət məmurları proqramda danışılan mövzuların müasir ölkə həyata göstərdiyi təsirdən narazı imiş. Sonradan Həmidov dini qəzet buraxsa da, bu da dövlət tərəfindən bağlanıb. Onlar jurnalisti KİV haqda qanunu pozduğuna görə ittiham edib. Qeyri-rəsmi informasiyaya görə, məmurları narazı salan qəzetdə ölkədə müzakirəsi alqışlanmayan mövzulara – məsələn, fahişəlik, homoseksualizmə toxunulmaq olub.
0