Çin futbolunda danışılmış oyun qalmaqalı
22.01.2010 - 15:56
Çin Futbol Assosiasiyasının prezidenti Nan Yonq istefaya göndərilib. Apasport.az saytının məlumatına görə, qurum başçısı danışılmış oyunlarla bağlı dindirildikdən sonra postundan kənarlaşdırılıb. Hüquq-mühafizə orqanları təkcə Yonqun istefası ilə kifayətlənmək niyyətində deyil. Çinin idman nazirinin assosiasiyada Yonqun xələfi olacağı gözlənilir. O, indidən danışılmış oyunların iştirakçılarına qarşı ən sərt tədbirlərə əl atılmasını dəstəklədiyini bildirib: “Bu əməllərlə bağlılığı olan hər kəs ciddi şəkildə cəzalanacaq”.
Qeyd edək ki, Çin polisi danışılmış oyunlara görə 20-dən artıq adamı həbs edib. Onlar arasında məşqçilər və futbolçular da var.
Qeyd edək ki, Çin polisi danışılmış oyunlara görə 20-dən artıq adamı həbs edib. Onlar arasında məşqçilər və futbolçular da var.
- Suzuki uğrunda yarış: PSJ və "Yuventus"
- "Arsenal"dan Vinisiusa rekord təklif – Bütün imkanlar səfərbərdir
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
0
0