Bülənt Korkmaz Moskvada ən çox kimə güvəndi?
22.01.2010 - 16:55
Bülənt Korkmaz Moskvada ən çox kimə güvəndi?
“Bakı” klubunun müdafiəçisi Elvin Əliyev qalibi olduğu “Birlik kuboku”nda ikinci iştirakında da fərqlənib.

Apasport.az saytının hesablamalarına görə, 26 yaşlı Əliyev “Bakı”nın heyətində Moskva turnirində ən çox oyun keçirən futbolçu olub. Elvinlə birgə 8 futbolçu hər üç görüşdə iştirak edib. Ancaq o, komanda yoldaşlarından 7-ni daha çox meydanda olmaqla qabaqlayıb. Əliyev “Vaxş” (Tacikistan, 2:0) və “Aktobe” (Qazaxıstan, 0:2) ilə oyunlarda 90, HİK (Finlandiya, 0:0) ilə görüşdə son 28 dəqiqədə meydanda olub. Ən az meydanda olan isə “Bakı”nın ən gənc futbolçularından biri – 17 yaşlı yarımmüdafiəçi Rəhman Hacıyev olub.

“Bakı”nın türkiyəli baş məşqçisi Bülənt Korkmaz “Birlik kuboku”nda 21 futbolçunun xidmətindən istifadə edib. Moskvaya aparılan heyətdən son vaxtlar zədə problemi ilə üzləşən əsas kapitan Rafael Əmirbəyovla digər müdafiəçi Səbuhi Həsənov oynamayıb. Rekordçu Elvin isə 2006-cı ildə “Neftçi”nin heyətində “Birlik kuboku”nun qalibi olub. Bu, klublarımızın həmin turnirdə ilk belə uğurudur.

Qeyd edək ki, “Bakı” qrupda qalsa da, turnirdə ən az qol buraxan komandalarımızdan biri kimi tarixə düşüb. Düzdür, həmin 2 qolun 3 oyuna buraxılması rekord sayılmaya bilər. Ancaq onu da nəzərə alaq ki, “Birlik kuboku”nda debüt edən “Neftçi” həmin 2 oyuna 9 qol buraxıb. Bunlardan 8-ni Moskva “Spartak”ı, 1-ni isə Riqanın “Skonto” klubu vurub. “Neftçi” və “Xəzər-Lənkəran” kuboku qazandığı vaxtlarda da “Bakı”dan çox top buraxıb. “Bakı” ötən il 2 qol buraxan həmşəhərlisi “İnter”ə şərik olub.

“Bakı”nın son “Birlik kuboku”nda oynayan bütün futbolçuları

N

Futbolçu

O

D

Q

SV

QV

1

Elvin Əliyev

3

208

0

0

0

2

Aleksandr Şoliç

3

197

0

0

0

3

Bəxtiyar Soltanov

3

193

0

0

0

4

Əziz Quliyev

3

180

0

0

0

5

Jaba

3

167

0

2

0

6

Adnan Bərəkət

3

153

0

0

0

7

Vadim Borets

3

145

0

0

0

8

Mahmud Qurbanov

3

132

0

1

0

9

Marko Şarliya

2

180

-2

0

0

10

Stevan Bates

2

180

0

0

0

11

Gürşad Duymuş

2

142

0

0

0

12

Nasimento

2

155

0

0

0

13

Cəmşid Məhərrəmov

2

135

0

0

0

14

Ernad Skuliç

2

135

0

1

0

15

Saşa Yunisoğlu

2

128

0

0

0

16

Venio

2

107

0

1

0

17

Fabio Luis Ramim

2

105

1

1

0

18

Hacı Əhmədov

1

90

1

0

0

19

Aleksey Savinov

1

90

0

0

0

20

Xalidu Sissoko

1

90

0

0

0

21

Rəhman Hacıyev

1

58

0

0

0


Qeyd: O – oyun, D – dəqiqə, Q – qol, SV – sarı vərəqə, QV – qırmızı vərəqə
0