Ponomaryov: “Orduspor”la uğur qazanmaq istəyirəm
22.01.2010 - 17:43
Ponomaryov: “Orduspor”la uğur qazanmaq istəyirəm
Azərbaycan milli komandasının sabiq futbolçusu Anatoli Ponomaryov yeni transfer olunduğu Türkiyənin “Orduspor” klubunda tibbi müayinədən keçib.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi “Ordu Medikal Park Hastanesi”ndəki müayinədən sonra Türkiyə mətbuatına ilk açıqlamalarını verib.

Ordu şəhərinin yeni transferlərindən olan Ponomaryov artıq yaxın zamanda 1-ci liqa təmsilçisinə kömək edəcəyinə inandığını bildirib: “Orduda mənə göstərilən qayğı və diqqətdən çox razıyam. Hələlik buraları yaxşı tanımıram, indi-indi şəhərlə tanış oluram. “Orduspor”un oyunçusu kimi bu komandanın uğur qazanmasına çalışacağam. Bunda mənim də əməyimin olmasını istəyirəm”.

Qeyd edək ki, Anatoli “Orduspor”a İsveçin aşağı dəstə klubu “Vaselund”dan transfer olunub.
0