Bülənt Korkmazın istefası gündəmə gəldi
23.01.2010 - 00:57
Bülənt Korkmazın istefası gündəmə gəldi
“Birlik Kuboku”ndakı uğursuz çıxış “Bakı” rəhbərliyinin səbrini daşırıb. Moskva biabırçılığına görə klub başbilənləri yalnız bir nəfəri - komandanın baş məşqçisi Bülənt Qorxmazı günahkar bilir. Onlar Qorxmazın istəyiylə transfer edilən futbolçuların oyunundan hədsiz narazı qalıblar.

Klubun prezidenti Hafiz Məmmədov iki ildir komandanın baş məşqçilərinin işinə qarışmamaq tapşırığı versə də, bu, əks təsir göstərib. Buna görə də rəhbərlik klubda radikal dəyişiklik etmək qərarına gəlib.

Belə ki, Bülənt Qorxmaza fevralın sonuna qədər vaxt verilib. Əgər komanda Premyer Liqanın 3-cü dövrəsinə “ilk altılıq”da başlamasa, “böyük kapitan”la yollar ayrılacaq. Nəzərə alsaq ki, “zolaqlılar” gələn ay “ilk altılığ”a iddialı olan “Neftçi” və “Qəbələ”ylə ağır oyun keçirəcək, o zaman komandanın hazırkı 5-ci pilləni əldən verə biləcəyi ehtimalı çoxalır.

Bülənt Qorxmazla yanaşı, kluba gətirilən türkiyəli idarəçilərin taleyi də tükdən asılıdır. Bu mənada klubun vitse-prezidenti Tunc Afşarın göndərilməsi məntiqəuyğundur. Çünki komandanın bütün transferlərini məhz Afşar həyata keçirir. Hadisələrin necə nəticələnəcəyi yaxın günlərdə bəlli olacaq.

korner.az
0