“Olimpik-Şüvəlan”da yeni futbolçu – FOTO
23.01.2010 - 01:06
"Olimpik-Şüvəlan" daha bir yerli futbolçunu baxışa dəvət edib. Klubun mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, "Simurq"dan azad transfer vərəqəsini alan Samir Abdulov Antalyaya gələrək komandanın hazırlıq prosesinə qoşulub.
Gənc futbolçu "Olimpik-Şüvəlan"ın bu gün "Tavriya" ilə keçirəcəyi yoxlama oyununda iştirak edəcək. Çox güman qarşıdakı iki yoxlama oyunlarından sonra məşqçilər korpusu Abdulov haqda yekun qərar verəcək.
Qeyd edək ki, Samir indiyədık Sumqayıtın "Xəzər", "Gənclərbirliyi", Yevlaxın "Karvan" və Zaqatalanın "Simurq" klublarında forma geyinib.

- “Qalatasaray” Bernardo Silva transferindən imtina etdi
- Ronaldonun yeni baş məşqçisi kim olacaq? – İki namizəd ön plandadır
- Dünya çempionatında yaş sadəcə rəqəmdir – 40-ı keçən 7 futbolçu
- “Arsenal”da yay təmizliyi – 8 futbolçu satış siyahısında
- Aziz Yıldırımdan ilk təklif – Zeki Çelik ilə 3 illik müqavilə
0
0