Avropa çempionatında ilk sensasiya
23.01.2010 - 03:54
Avropa çempionatında ilk sensasiya
Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan futzal üzrə Avropa çempionatında ilk sensasiya qeydə alınıb. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, D qrupunda baş tutan Belarus - Portuqaliya matçı əksəriyyətinin gözləmədiyi halda heç-heçə nəticələnib - 5:5. Halbuki oyunun gedişində 0:2 hesabı ilə geri düşən belaruslular ardıcıl 4 qol vurublar.

Lakin bu üstünlüyü qorumaq müşkül məsələyə çevrilib. Portuqaliya yığması tezliklə hesabı öz xeyrinə dəyişib (5:4). Maraqlıdır ki, Belarus milli komandası görüşün bitməsinə cəmi bir saniyə qalmış Aleksey Popovun qolu sayəsində məğlubiyyətdən yaxa qurtara bilib.

Xatırladaq ki, Azərbaycan yığması ötən il məhz Portuqaliya ilə 3:3 hesablı heç-heçədən sonra Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmışdı.
0