Budapeştdə zədə problemi
23.01.2010 - 04:37
Budapeştdə zədə problemi
Avropa çempionatında mübarizə aparan Azərbaycan futzal yığmasının heyətində kiçik problem yaranıb. Milli komandamızın baş məşqçisi Joze Alesio da Silva apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbiri ilə söhbətində yetirmələrindən birinin zədələndiyini bildirib. Bu, braziliyalı Ediqluson Alves de Souzadır. 26 yaşlı oyunçu ayaq nahiyəsindən əziyyət çəkir. Buna baxmayaraq, baş məşqçi deyib ki, 1/4 finaladək, yəni yanvarın 25-dək Alvesin tam sağalacağı gözlənilir.
0