“Bakı”nı yenən “Birlik kuboku”nun bir addımlığında
23.01.2010 - 10:25
“Bakı”nı yenən “Birlik kuboku”nun bir addımlığında
“Bakı” klubunun Azərbaycanı təmsil etdiyi “MDB və Baltikyani ölkələrin çempionlarının Birlik kuboku” turnirinin yeni qalibi olacaq. Apasport.az saytının məlumatına görə, sabah final oyununda görüşəcək Qazaxıstanın “Aktobe” və Rusiyanın “Rubin” klubları turnirin 18 illik tarixində kuboku qazana bilməyib. Hər iki komanda həlledici oyuna rəqiblərini darmadağın etməklə vəsiqə qazanıb. Belə ki, “Aktobe” Litvanın “Ekranas” (3:0), “Rubin” isə Türkmənistanın MTTU klubunu (4:0) böyük hesabla yenib. “Aktobe”nin təcrübəli yarımmüdafiəçisi Konstantin Qolovskoy “Bakı”ya olduğu kimi, onun ötən yay Çempionlar Liqasından kənarlaşdırdığı “Ekranas”a da qol vurub. Turnirə əvəzedici komandasını göndərən “Rubin”dən fərqli olaraq Qazaxıstan çempionu ardıcıl ikinci dəfə finala çıxır. “Aktobe” ötən il həlledici oyunda Moldovanın “Şerif” klubuna uduzduğu üçün kuboka qazana bilməmişdi.

Qeyd edək ki, “Aktobe” bir qrupda yer aldığı “Bakı”nı məğlub edərək (2:0) lider kimi 1/4 finala çıxmışdı.
0