“Azərbaycan futzal yığmasının üstünlüyü ondadır ki...”
23.01.2010 - 11:13
“Azərbaycan futzal yığmasının üstünlüyü ondadır ki...”
“Azərbaycan yığmasında yaxşı braziliyalı oyunçular var”. Apasport.az saytının məlumatına görə, bu sözləri futzal üzrə Ukrayna yığma komandasının oyunçusu Valeri Leqçanov UEFA-nın rəsmi saytına müsahibəsində deyib. Macarıstanda keçirilən Avropa çempionatının final mərhələsində uğurlu çıxış edən Azərbaycan futzal yığması qrup qalibi kimi 1/4 finalda rəqibini gözləyir. Komandamızın yanvarın 25-də məhz ukraynalılarla görüşəcəyi gözlənilir. Lakin bunun baş verməməyi üçün Ukrayna yığması son oyunda çox güclü rəqib olan İtaliyanı məğlub etməlidir.

Ukrayna yığmasının aparıcı futzalçılarından olan Leqçanov milli komandamızın üstünlüyündən danışıb: “Azərbaycan yığmasının üstünlüyü ondadır ki, demək olar bütün oyunçuları yalnız bir klubu – “Araz”ı təmsil edir. Onun qrupdakı rəqibləri Macarıstanla Çexiya isə eynitipli komandalardır. Mən onları güclü ortabablar adlandırardım. Macarıstan yığmasının üstünlüyü ondadır ki, onlar güclü tamaşaçı dəstəyinə malikdirlər. Ancaq 1/4 final haqda hələ düşünmürük. Biz indi diqqətimizi növbəti oyuna yönəltmişik”.
0