“Qalatasaray” legioneri ilə müqaviləsini pozdu
23.01.2010 - 12:11
“Qalatasaray” legioneri ilə müqaviləsini pozdu
“Qalatasaray” klubu isveçli legioneri Tobias Linderotla yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, “Cim Bom” 30 yaşlı yarımmüdafiəçi ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozub. Linderot 2007-ci ilin yayından çıxış edən “Qalatasaray”ın heyətində bütün turnirlərdə cəmi 26 oyun keçirib və 1 qol vurub. Böyük ümidlərlə transfer olunan Tobias müxtəlif zədə problemlərinə görə uzun müddət yaşıl meydandan kənarda qalıb, nəticədə əsas heyətdə yerini itirib. Komandanın baş məşqçisi Frank Raykaard daha onun xidmətində maraqlı deyil.

Qeyd edək ki, “Qalatasaray”a qədər vətənində “Elfsborq”, Danimarkada “Kopenhagen”, Norveçdə “Stabek”, İngiltərədə “Everton” klublarında çıxış edən Linderot milli komandasının kapitanı da olub. İki dəfə Danimarka çempionluğunu qazanan Tobias elə iki dəfə də ölkəsinin ən yaxşı yarımmüdafiəçisi seçilib.
0