Ruud van Nistelroy “Hamburq”da oynayacaq
23.01.2010 - 12:39
Ruud van Nistelroy “Hamburq”da oynayacaq
İspaniyanın “Real” klubunun holland əsilli hücumçusu Rud van Nistelroy Almaniyanın “Hamburq” komandası ilə müqavilə bağlayacaq.

Lent.az-ın “Maqsa” qəzetinə istinadən verdiyi məlumata görə, holland hücumçuya İngiltərə Premyer Liqasından oynayan “Stok Siti”, “Totenhem”, “Vest Hem” komandalarından də təklif gəlib.

Ancaq Rud van Nistelroy hesab edir ki, İngiltərədə gözləntiləri doğrultması çətindir, çünki artıq fiziki hazırlığı bir zamanlar “Mançestr Yunayted”də oynadığı səviyyədə deyil.

Qeyd edək ki, hazırda “Hamburq” komandasının təmsilçiləri və həkimləri İspaniyaya gəliblər. Müqavilə imzalanandan sonra Rud van Nistelroy İspaniya xəstəxanalarının birində müayinədən keçəcək.
0