Rövnəq Abdullayev Yozef Blatterlə Moskvada nəyi müzakirə edib?
23.01.2010 - 13:07
Rövnəq Abdullayev Yozef Blatterlə Moskvada nəyi müzakirə edib?
Bu gün Rusiyanın paytaxtı Moskvada FİFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə ölkəmizdə futbolun inkişafı istiqamətində son illər həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib. Daha sonra 2011 və 2013-cü illərdə çimərlik futbolu üzrə dünya çempionatının, eləcə də 17 və 20 yaşadək qızlardan ibarət komandalar arasında 2012-ci ildə keçiriləcək dünya çempionatının final mərhələsi oyunlarına AFFA-nın ev sahibliyi etmək təklifi bir daha müzakirə olunub. Bununla bağlı hazırlanan videoçarx nümayiş etdirilib və müvafiq sənədlərin toplanaraq beynəlxalq futbol qurumuna təqdim olunması qərara alınıb. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.

Blatter “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku”nun final oyununu izləmək, turnirin bağlanış mərasimində iştirak etmək üçün Moskvaya gəlib.
0