AFFA prezidenti milli komandamıza qiymət verdi
23.01.2010 - 13:22
AFFA prezidenti milli komandamıza qiymət verdi
AFFA prezidenti Rövnəq Abdullayev futzal üzrə Azərbaycan yığma komandasının Avropa çempionatının final mərhələsində iştirakını qiymətləndirib. Apasport.az saytının AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Abdullayev futzalçılarımızın Macarıstanın paytaxtı Budapeştdə uğurlu çıxışını, Macarıstan və Çexiya yığmaları üzərində qazandığı qələbələri yüksək dəyərləndirib: “Bu münasibətlə bütün azarkeşlərimizi təbrik edirəm. Komandamıza növbəti oyunlarda daha böyük uğurlar arzulayıram”.

Qeyd edək ki, yığmamız yüz faiz nəticə ilə yer aldığı A qrupunun qalibi olub. Yığmamızın yanvarın 25-də keçiriləcək 1/4 finalda rəqibi “B” qrupunda ikinci yeri tutan komanda olacaq.
0