“Türkiyə Hava Yolları” “Mançester Yunayted”in də sponsoru oldu
23.01.2010 - 14:13
“Türkiyə Hava Yolları” “Mançester Yunayted”in də sponsoru oldu
“Türkiyə Hava Yolları” şirkəti İngiltərənin “Mançester Yunayted” klubunun yeni sponsoru olub. Apasport.az saytının məlumatına görə, dünyanın ən zəngin klubu Avropanın 4-cü hava şirkəti ilə 3,5 illik müqavilə imzalayıb. Ancaq sövdələşmənin maddi tərəfi açıqlanmır. “Mançester Yunayted” ötən ilin ortasında dünya futbolu tarixində ən böyük məbləğli sponsorluq müqaviləsini imzalamışdı. ABŞ-nın “Aon” sığorta şirkəti ilə anlaşmanın dəyəri 130 milyon dollara yaxın idi. Bu müqavilə gələn mövsümdən qüvvəyə minəcək. Dünyada ən güclü klublardan sayılan “Mançester Yunayted” 2 dəfə Çempionlar Liqası, 18 dəfə ölkə çempionluğu, 11 dəfə ölkə kubokunu qazanıb.

Qeyd edək ki, “Türkiyə Hava Yolları” şirkəti bir müddət öncə “Barselona” klubu ilə də sponsorluq müqaviləsi imzalayıb. Ötən il bütün titulları qazanan İspaniya təmsilçisi ilə də 3 illik anlaşmanın maddi tərəfi gizli saxlanılır.
0