1/4 finala hazırlıq başlandı
23.01.2010 - 17:21
1/4 finala hazırlıq başlandı
Bu gün futzal üzrə Azərbaycan milli komandası Macarıstanda keçirilən Avropa çempionatının 1/4 final oyununun hazırlığına başlayıb. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, yığmamız “Papp Laslo” İdman Sarayında təxminən saatyarımlıq məşq ediblər. Baş məşqçi Joze Alesio da Silva əsasən taktiki hazırlığa fikir verib. Buna görə də məşqin yalnız bir neçə dəqiqəsi isinmə hərəkətlərinə sərf olunub. Qalan vaxtda isə ikitərəfli görüş keçirilib, müxtəlif taktikalar sınaqdan çıxarılıb.

Qeyd edək ki, milli komandamız 1/4 final oyununu yanvarın 25-də Budapeştin “Papp Laslo” İdman Sarayında ya İtaliya, ya da Ukraynaya qarşı keçirəcək.
0