“Olimpik-Şüvəlan” “Tavriya” ilə heç-heçə oynadı
23.01.2010 - 20:21
“Olimpik-Şüvəlan” “Tavriya” ilə heç-heçə oynadı
Antalyadakı toplanış çərçivəsində bu gün 3-cü yoxlama oyununun keçirən "Olimpik-Şüvəlan" meydançadan qolsuz heç-heçə ilə ayrılıb. Apasport.az saytının xəbərinə görə, "World of Wonders" İdman Kompleksinə məxsus meydançada Ukraynanın "Tavriya" klubu ilə qarşılaşan komandamız rəqib qapısına yol tapa bilməyib.

Bu matçda baş məşqçi Nazim Süleymanov bir yeni futbolçunu da sınayıb. Belə ki, sonuncu klubu Moldova "Akademiya"sı olan Evgeni Qunçaq da bu oyunda forma geymək şansı qazanıb. Amma məşqçilər korpusu Qunçakı bəyənməyərək onun geri göndərilməsinə qərar veriblər.

Qeyd edək ki, "Olimpik-Şüvəlan" sonuncu yoxlama matçını yanvarın 26-da keçirəcək və ertəsi gün Bakıya dönəcək.
0