Macarıstanda növbəti rəqibimiz bilindi - YENİLƏNİB
23.01.2010 - 22:59
Macarıstanda növbəti rəqibimiz bilindi - YENİLƏNİB
Macarıstanın Debretsen şəhərində futzal üzrə Avropa çempionatının B qrupu çərçivəsində sonuncu oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Ukrayna və İtaliya arasında görüş bizim üçün vacib əhəmiyyət daşıyıb. Belə ki, Azərbaycan milli komandası 1/4 finalda məhz bu iki kollektivdən biri ilə qarşılaşmalı idi. İtaliya yığmasına heç-heçə də sərf edirdi. Çünki ukraynalılar qrupdakı digər rəqib Belçikaya 4:2 hesabı ilə qalib gəldikləri halda, italiyalılar eyni komandanın qapısından 4 cavabsız top keçirmişdilər. Yəni, İtaliya top fərqinə görə Ukraynanı qabaqlayırdı. Ukrayna uduzduğuna görə, 1/4 finalda yığmamıza rəqib oldu.

B qrupu
21:30 Ukrayna - İtaliya - 2:4
Qollar: Çepornyuk, 22; Pavlenko, 38 - Baptistella, 13; 32; 31; Saad Assis, 30
Debretsen. “Fonix” İdman Sarayı.
0