“Neftçi” argentinalı futbolçunu bəyənmədi, amma qələbə qazandı
23.01.2010 - 22:38
“Neftçi” argentinalı futbolçunu bəyənmədi, amma qələbə qazandı
Türkiyənin Antalya şəhərində hazırlıqlarını davam etdirən "Neftçi" növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Koreyanın "Yonsenq" klubu illə qarşılaşan Vaqif Sadıqovun yetirmələri rəqibini 2:0 hesabı ilə məğlub ediblər. İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan qarşılaşmanın ikinci hissəsində "ağ-qaralar"ın heyətində Valter Quqlemon və Valentin Atem fərqlənib.
Qeyd edək ki, bu oyunda baş məşqçi Vaqif Sadıqov daha çox komandanın gənc oyunçularına və baxışda olan futbolçulara özünü göstərmək üçün şans verib. Baxışda olan alban və argentinalı futbolçu bəyənilməyərək geri qaytarılıb.
0