Ağasəlim Mircavadov daha bir legioneri geri qaytardı
24.01.2010 - 02:53
Ağasəlim Mircavadov daha bir legioneri geri qaytardı
“Xəzər-Lənkəran” baxışa çağırdığı daha bir futbolçunu geri göndərib. Apasport.az saytının xəbərinə görə, türkəsilli makedoniyalı hücumçu Hasan Ertanın oyunu baş məşqçi Ağasəlim Mircavadovu qane etməyib.

Hasan dünən Moskva “Spartak”ı ilə görüşə start heyətində çıxsa da, tezliklə əvəzlənib. Meydanda olduğu 25 dəqiqə ərzində olduqca ləng tərpəndiyindən Mircavadov onun yerinə Alan Lalini buraxmışdı.

Qeyd edək ki, az öncə baxışa gələn Boliviya yığmasının yarımmüdafiəçisi Helmut Qutyerrez də bəyənilməyib.
0