37 yaşlı gənc - FOTO
24.01.2010 - 10:07
37 yaşlı gənc - FOTO
Bu gün Azərbaycan futzal yığmasının braziliyalı üzvü Nilson Maşado Dos Santosun doğum günüdür. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Biro Jade adı ilə də tanınan oyunçu Macarıstanda Avropa çempionatının gedişatında 37 yaşını qeyd edir. O bildirib ki, doğum günü yarışlara təsadüf etməsi heç də ilk hal deyil.

“Moskva “Spartak”ında çıxış edəndə, hətta ad günüm oyunla üst-üstə düşüb. Bu dəfə də doğum günüm mənim üçün adi keçəcək. 37 yaşım olsa da, özümü gümrah hiss edirəm. Açığı, ad günümdə heç kimdən hədiyyə gözləmirəm. Yanvarın 25-də Avropa çempionatının 1/4 finalında Ukraynaya qalib gəlsək, bu, mənə ən yaxşı hədiyyə olar”.

Maşado əziz gündə ailəsi üçün darıxdığını gizlətməyib: “İstərdim ki, ailəm yanımda olsun. Ancaq bilirəm ki, bu qeyri-mümkündür”.

Qeyd edək ki, Maşado milli komandamızın heç də ən yaşlı futzalçısı deyil. Yığmamızın “ağsaqqal”ı 43 yaşlı rusiyalı qapıçı Andrey Tveryankindir.
0