“Xəzər-Lənkəran” Rusiya Premyer Liqasında oynasa...”
24.01.2010 - 13:31
“Xəzər-Lənkəran” Rusiya Premyer Liqasında oynasa...”
“Bu bizim yeni mövsüm öncəsi ilk oyunumuz idi. Etiraf edim ki, “Xəzər-Lənkəran” haqda hər hansı informasiyaya malik idi, amma çox deyildi”. Bu sözləri Antalyada “Xəzər-Lənkəran”ı yoldaşlıq görüşündə məğlub edən Moskva “Spartak”ının baş məşqçisi Valeri Karpin deyib.

Yoxlama oyunundan sonra apasport.az saytının Antalyaya ezam olunan əməkdaşı ilə qısa söhbətində Karpin bildirib ki, qarşılaşmanın nəticəsi onun üçün vacib deyildi: “Öncə dediyim kimi, biz yeni mövsümdə ilk oyunumuzu keçirirdik. Yoxlama oyunlarında nəticə vacib deyil. Hər halda, biz bu gün rəqibdən güclü olduq. Amma “Xəzər-Lənkəran”ın sərgilədiyi oyun xoşuma gəldi”.

Əməkdaşımızın “Xəzər-Lənkəran” Rusiya Premyer Liqasında mübarizə aparsa, turnir cədvəlində hansı yerlərdə qərarlaşar” sualına gəlincə, Karpin konkret cavab verib: “Fikrimcə, turnir cədvəlinin ortalarında qərarlaşar”.
0