Elvin Beqiri: Mən “Şaxtyor”la müqavilə bağlamalı idim...
24.01.2010 - 18:21
Elvin Beqiri: Mən “Şaxtyor”la müqavilə bağlamalı idim...
“Ukraynaya gələndə mənə demişdilər ki, “Şaxtyor”la müqavilə bağlayacaqsan”. Bu sözləri apasport.az saytının Antalyaya ezam olunan əməkdaşına açıqlamasında “Xəzər-Lənkəran” klubunun yeni transferi Elvin Beqiri deyib.

Albaniya milli komandasının heyətində 47 oyun keçirən 29 yaşlı mərkəz müdafiəçisi vaxtilə Ukraynada da legioner həyatı yaşayıb. Bu ölkədə “Metallurq” və “Arsenal”ın formasını geyinmiş Beqirinin məşhur Mirça Luçeskunun çalışdırdığı “Şaxtyor” klubuna keçmək variantı da olub: “Metallurq” və “Şaxtyor” klublarının prezidentləri yaxın dostdurlar. Onların arasında bu barədə söhbəti olmuşdu. Qərara gəlmişdilər ki, 1-2 il “Metallurq”da oynadıqdan sonra məni “Şaxtyor”a transfer etsinlər. Amma sonda elə alındı ki, “Metallurq”da qaldım”.

Xatırladaq ki, Beqiri “Xəzər-Lənkəran”a Albaniyanın “Vlajniya” klubundan gəlib. Vaxtilə Ukraynada “Metallurq” (Donetsk) və “Arsenal”la yanaşı, Rusiyada “Alaniya”, həmçinin İsraildə Təl-Əviv “Makkabi”sinin formasını geyinib.
0