Nazim Süleymanov xorvat futbolçunu bəyənmədi
24.01.2010 - 18:58
Nazim Süleymanov xorvat futbolçunu bəyənmədi
“Olimpik-Şüvəlan"ın düşərgəsinə baxışa dəvət olunan daha bir futbolçu geri göndərilib. Apasport.az saytının xəbərinə görə, yanvarın 20-də komandanın Antalyada məskunlaşdığı “Kremlin Palace” otelinə gələn xorvatiyalı yarımmüdafiəçi Tixomir Jivkoviç vətəninə qayıdıb.

3 gün ərzində məşqlərdə və keçirilən oyunlarda iştirak edən futbolçunun hazırlıq səviyyəsi məşqçiləri razı salmayıb. Ona görə də baş məşqçi Nazim Süleymanov Jivkoviçi heyətdən kənarlaşdırıb.
0