Samir Abbasov: Belə oyunlar bizə çox lazımdır!
24.01.2010 - 21:03
Samir Abbasov: Belə oyunlar bizə çox lazımdır!
"Yanvarın 11-dən Türkiyəyə toplanışa gəlmişik. Elə toplanış başlayan kimi ağır məşqlərə üstünlük verdik. Hər gün 2 dəfə məşq edirik. Elə olur ki, səhər məşq edib axşam yoxlama oyunu keçiririk. Oyunlarda birinci və ikinci hissələrə fərqli heyətlərlə çıxırıq. “Krivbass”la oyunumuz da belə oldu. Ukrayna yüksək dəstəsində çıxış edən komanda ilə qarşılaşdıq. Belə oyunlar bizə çox lazımdır ki, Premyer Liqaya yaxşı hazırlaşa bilək”. Apasport.az saytının xəbərinə görə, bu fikirləri “İnter” klubunun və Azərbaycan yığmasının futbolçusu Samir Abbasov deyib.

Hazırda klubu ilə Antalyada təlim-məşq toplantısında olan Abbasov azərbaycanlı hakimlər barədə də fikirlərini açıqlayıb: “Krivbass”la oyunumuzu bizim gənc hakimlərimiz idarə etdi. Bu, çox sevindirici haldır. Klublarımızla bərabər hakimlərimiz də hazırlıq keçir və çempionat oyunlarını yüksək səviyyədə idarə etmək üçün hazırlaşırlar. Burada digər ölkələrdən olan komandalar da var. Hakimlərimiz onların oyunlarını da idarə edir. Onlar üçün bu çox faydalıdır, çox şey öyrənirlər. İnanıram ki, bu təlim-məşq toplanışlarının həm bizə, həm də hakimlərimizə çox böyük xeyri olacaq”.

Mənbə: pfl.az
0