Bülənt Korkmaz: Biabırçılıq arxada qaldı, məşqə davam!
25.01.2010 - 01:29
Bülənt Korkmaz: Biabırçılıq arxada qaldı, məşqə davam!
“Bakı” klubu “Birlik Kuboku” turnirində biabırçı çıxışdan sonra məşqləri bərpa edib. Apasport.az saytının xəbərinə görə, bir günlük istirahətdən sonra futbolçular baş məşqçi Bülənt Qorxmazın rəhbərliyi altında məşqə çıxıblar.

Moskvada yüngül zədə alan Aleksey Savinov istisna olmaqla, bütün futbolçular Tofiq Bəhramov adına Respublika stadionunda məşq keçiblər.

Xatırladaq ki, “Bakı” qış fasiləsindən sonra Unibank Premyer Liqasında ilk oyununu fevralın 2-də “Turan”a qarşı keçirəcək.
0