Udmaqdan savayı bizə nə qaldı!?
25.01.2010 - 04:25
Udmaqdan savayı bizə nə qaldı!?
Macarıstanda keçirilən futzal üzrə Avropa çempionatının bütün 1/4 finalçıları müəyyənləşib. Apasport.az saytının Budapeştə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, Azərbaycan milli komandasının ardınca, Ukrayna, İtaliya, Çexiya, İspaniya, Portuqaliya, Serbiya və nəhayət, Rusiya qrup mərhələsini adlayıb.

Qrup mərhələsindən sonrakı reqlament isə yığmamız üçün çox əlverişlidir. Belə ki, futzalçılarımız 1/4 final heç də geri qalmadıqları Ukrayna ilə üz-üzə gələcəklər. Yarımfinala çıxacağımız təqdirdə isə bizimlə eyni gücdə olan Serbiya və ya Portuqaliya ilə görüşəcəyik. Yəni, finala qədər Avropanın iki “nəhəng” yığması - dördqat qitə çempionu İspaniya və İtaliya ilə düşməyə bilərik. Başqa sözlə, milli komandamızın Avropa çempionatının finalına yüksəlməsi üçün əla şansı var. Qalır Ukraynanı üstələyib, Serbiya - Portuqaliya cütünün qalibini sıradan çıxarmaq.

1/4 final oyunları
25 yanvar
saat 21:00 Çexiya - İtaliya
saat 23:00 Azərbaycan - Ukrayna

26 yanvar
saat 20:30 Rusiya - İspaniya
saat 22:30 Serbiya - Portuqaliya
0