Jaba: Daha çox qol vurmağa çalışacağam
27.01.2010 - 18:56
Jaba: Daha çox qol vurmağa çalışacağam
"Çox güclü kollektivimiz var və qısa zamanda çatışmazlıqları aradan qaldırıb öz sözümüzü deyəcəyik. "Bakı" çempion komandadır, öz səviyyəsinə uyğun olaraq iddiasını ortaya qoyur. Əminəm ki, azarkeşlərimizin üzünü güldürəcəyik". Apasport.az saytının məlumatına görə, bu fikirləri “Bakı”nın braziliyalı futbolçusu Jaba klubun rəsmi saytına açıqlamasında deyib.

Ötən yay transfer olunan hücumçu komandanın Premyer Liqa və Azərbaycan kubokunda uğurla çıxış edəcəyini bildirib: "Həm çempionatda, həm də kubokda iddiamız davam edir. Bu baxımdan "Turan"la oyun bizim üçün olduqca önəmlidir. Fasilədən sonra ilk qarşılaşmanı qələbə ilə başa vurub, yolumuza davam etmək niyyətindəyik. Bu oyunda qazanılacaq 3 xal böyük əhəmiyyət kəsb edir".

Unibank Premyer Liqasında 5 qol vuraraq “Bakı”nın ən məhsuldar oyunçusu olan Jaba qolların davamının gələcəyini deyib: "Əlbəttə ki, önəmlisi komandanın qələbəsidir. Mənim vəzifəm qol vurmaqdır, bunu bacarıramsa, demək, komandaya fayda verirəm. Daha çox qol vurmağa çalışacağam, "Bakı"nın qələbələri üçün əlimizdən gələni edəcəyik".
0