AFFA rəsmisi Macarıstana qayıdır
28.01.2010 - 02:19
AFFA rəsmisi Macarıstana qayıdır
AFFA-nın I vitse-prezidenti Rauf Əliyev futzal üzrə Avropa çempionatında növbəti matçı izləmək üçün Macarıstana qayıdır. Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, assosiasiya rəsmisi bu gün Debretsenə gələcək. O, bu gün Bakı vaxtı ilə saat 20:30-da başlanacaq Azərbaycan və Portuqaliya arasında yarımfinal görüşünü izləyəcək. Digər AFFA rəsmilərinin Debretsenə gəlib-gəlməyəcəyi bilinmir.

Xatırladaq ki, Əliyev qrup mərhələsində Budapeştdə milli komandamızın Macarıstan (3:1) və Çexiya (6:1) ilə oyunlarına baxdıqdan sonra Sloveniyaya yollanıb. Dövlət tədbiri ilə əlaqədar olaraq, 6 gün Sloveniyada qalan AFFA-nın I vitse-prezidenti birbaşa Debretsenə qayıdır.
0