Nieto Azərbaycan yığmasının oyununa təyinat aldı
30.01.2010 - 17:45
Nieto Azərbaycan yığmasının oyununa təyinat aldı
Futzal üzrə Avropa çempionatında üçüncü yer uğrunda bu gün Bakı vaxtı ilə saat 21:00-da Azərbaycan – Çexiya görüşünü idarə edəcək hakimlər bəlli olub. Apasport.az saytının xəbərinə görə, Debretsen şəhərindəki Feniks Arenada baş tutacaq oyunu idarə etmək Oleq İvanov (Ukrayna), Borut Siviç (Sloveniya) və Tommi Qronmana (Finlandiya) tapşırılıb. Hakim-inspektor isə məşhur ispaniyalı Pedro Anxel Qalan Nieto (İspaniya), UEFA ümayəndəsi Pedro Dias (Portuqaliya) olacaq.
0