“Bakı” moldovalı futbolçu ilə gücləndi
31.01.2010 - 00:01
“Bakı” moldovalı futbolçu ilə gücləndi
"Bakı" Moldova yığmasının hücumçusu Vyaçeslav Sofroni ilə il yarımlıq müqavilə imzalayıb. Apasport.az saytının xəbərinə görə, artıq neçə gündür paytaxt təmsilçisinin heyətində olan Sofroni məşqçilər tərəfindən bəyənilib.

İmzalanan müqaviləyə əsasən, Slava Sofroni 18 ay ərzində "Bakı"nın şərəfini qoruyacaq. Sofroni 1984-cü ilin 30 aprel tarixində anadan olub. Boyu 182 sm, çəkisi 79 kq-dır.

Sofroni peşəkar futbol karyerasını 2002-ci ildə Moldovanın "Politexnika" (Kişinyov) klubunda başlayıb. Növbəti illərdə Qazaxıstan ("İrtış" Pavlodar, "Atırau") və Litva ("Vetra") çempionatlarında çıxış edib. Son klubu "Zimbru" (Kişinyov) olub.

25 yaşlı forvard Moldova milli komandasının heyətində 7 oyun keçirib, 2 qola imza atıb.
0