Qar AFFA-nın baş katibinin Macarıstana səfərinə mane oldu
30.01.2010 - 22:56
Qar AFFA-nın baş katibinin Macarıstana səfərinə mane oldu
Futzal üzrə Avropa çempionatında üçüncü yer uğrunda keçirilən Azərbaycan – Çexiya oyununu izləmək üçün AFFA-nın baş katibi Elxan Məmmədov və Sahə Futbol Federasiyalarının prezidenti Mahir Məmmədovun bu gün Macarıstana yola getməli idilər. apasport.az saytının xəbərinə görə, əlverişsiz hava şəraiti ucbatından Budapeşt hava limanına təyyarələrin enişi mümkün olmadığı üçün AFFA və SFF rəsmisi İstanbuldan Macarıstana yollana bilməyiblər.
Xatırladaq ki, yığmamız üçüncü yer uğrunda görüşdə çexlərə 3:5 hesabı ilə uduzub.
0