“Qəbələ” klubu köhnə futbolçusu ilə yeni müqavilə bağladı
31.01.2010 - 00:04
“Qəbələ” klubu köhnə futbolçusu ilə yeni müqavilə bağladı
"Qəbələ" növbəti transferini rəsmiləşdirib. Apasport.az saytının xəbərinə görə, əyalət təmsilçisi sıralarını qvineyalı yarımmüdafiəçi Abdul Kader Kamara ilə gücləndirib.

2007/08 mövsümünün əvvəlində "Qəbələ" ilə müqavilə bağlayan Kamara növbəti iki ildə bu komandanın şərəfini qorudu. İki ildə “ağ-qaralı” forma ilə 41 oyuna çıxan dayaq yarımmüdafiəçisi 2 dəfə rəqib qapıçılarını məyus etdi və "Qəbələ"nin aparıcı oyunçularından birinə çevrildi. Cari mövsümün əvvəlində "Olimpik"ə transfer olunan Kamara yeni klubunda o qədər də uğurlu çıxış etmədi və cəmi yarım mövsümdən sonra yenidən "Qəbələ"yə döndü.

Qeyd edək ki, Abdul Kader Kamara 1982-ci il martın 18-də Qvineyanın paytaxtı Konakridə anadan olub. Karyerasının böyük hissəsini Belçikada keçirib. 2000-02-ci illərdə "Harelbeke", 2002-04-cü illərdə "Serkl Brügge", 2004-05-ci illərdə "Heusden-Zolder", 2006-cı "Olimpik Şarlerua", 2006-07-ci illərdə "Dessel Sport" klublarında çıxış edib. Eyni zamanda ölkəsinin milli komandasının şərəfini qoruyub.

Klubun saytında yer alan xəbərə görə, Kamara ilə yanaşı, "Qəbələ" portuqaliyalı Paulinyo ilə münasibətlərini rəsmiləşdirib. Portuqaliyalı oyunçu ilə birillik müqavilə bağlanıb. Müqaviləsinin müddəti uzadılan futbolçular arasında Yaşar Abuzərov, Anatoli Ostap və Tomaş Stolpa var. Yaşar növbəti bir il, legionerlər isə altı ay ərzində komandamızın formasını geyinəcəklər.
0