“Biro Jade olmadığından, Azərbaycan yığması uduzdu”
30.01.2010 - 23:44
“Biro Jade olmadığından, Azərbaycan yığması uduzdu”
“Biro Jade möhtəşəm oyunçudur. Onun yoxluğu Azərbaycan yığmasının məğlubiyyəti ilə nəticələndi. Azərbaycan komandasının qalan futzalçıları da yaxşıdır. Lakin cəzalı duruma düşən Birosuz komanda zəifdir, çünki o əsl liderdir”. Apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bunu Çexiya futzal yığmasının baş məşqçisi Tomaş Neumann deyib.

Macarıstanda təşkil olunan Avropa çempionatında Azərbaycan yığması üzərində 5:3 hesablı qələbə qazanaraq, bürünc medala layiq görülmüş çexlərin çalışdırıcısı əzmkarlıq sayəsində qalib gəldiklərini söyləyib: “Çətin qarşılaşma oldu. Biz oyundan oyuna daha inamlı çıxış etdiyimiz üçün qələbə qazandıq. Yetirmələrim döyüşkən ruhla mübarizə apardılar. Bu turnir bizim üçün düşərli oldu”.
0