İspaniya - 5 qat Avropa çempionu
31.01.2010 - 03:37
İspaniya - 5 qat Avropa çempionu
Macarıstanda keçirilən futzal üzrə növbəti Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, sayca 7-ci dəfə təşkil olunan yarışın qalibi İspaniya yığması olub. İspanlar finalda Pireney yarımadasının digər təmsilçisi Portuqaliyanı üstələyiblər - 4:2. Bununla da, İspaniya komandası beşqat qitə çempionuna çevrilib. Bürünc medal Azərbaycan yığmasını 5:3 hesabı ilə üstələmiş Çexiyaya nəsib olub. Tarixində ilk dəfə Avropa çempionatına qatılmış futzalçılarımız 4-cü yerlə kifayətləniblər.
0