Zaur Axundov: Günahkar mən özüməm
31.01.2010 - 11:30
Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun apasport.az saytının Macarıstana ezam olunmuş xüsusi müxbirinə müsahibəsi
- Milli komandamızın Avropa çempionatında çıxışını necə dəyərləndirirsiniz?
- Bir tərəfdən sevinirəm, digər tərəfdən isə məyusam. 15 ildən artıqdır Azərbaycan çempionatı keçirilir. Bu müddət ərzində klublarımız və yığmamız müxtəlif beynəlxalq turnirlərdə iştirak ediblər. Lakin 2010-cu ildə yığmamız ən böyük nailiyyətinə imza ataraq, Avropada ən güclü kollektivlərdən biri oldu. Bu nailiyyəti UEFA prezidenti Mişel Platini, eləcə də digər rəsmilər də qeyd etdilər. Qitə çempionatının yekun nəticəsi isə ürəkaçan olmadı. Biz finalda mübarizə aparmağa layiq idik. Yarımfinalda Portuqaliya ilə görüşdə penaltilər seriyasında bəxtimiz gətirmədi. Çox təəssüf ki, 3-cü yer uğrunda matçda 2:1 hesablı üstünlüyümüz olanda bir neçə qol real qol şansımız olsa da, Çexiyaya uduzduq. Bir neçə futzalçımızın bağışlanılmaz səhvi nəticəsində məğlubiyyətlə üzləşdik.
- Sizcə, bu məğlubiyyətin əsas günahkarı kimdir?
- Federasiyanın rəhbəri kimi birinci mən özüm. Yarımfinalda portuqallara uduzmağımız futzalçılara çox pis təsir göstərmişdi. Cəmi 1 gün vaxt olduğundan, oyunçuları həmin məğlubiyyətin təsirindən ayıra bilmədik. Əgər Portuqaliyaya oyununun gedişindən yenilsəydik, bu, bir o qədər də psixiki təsir göstərməzdi. Özünüz də gördünüz, mən ad çəkmək istəmirəm, futzalçıların bəziləri uşaq səhvləri buraxdılar. Ümidvaram ki, Avropa çempionatı dərs olacaq və yığmamızın üzvləri gələcəkdə bunu təkrarlamayacaqlar.
- Turnir yığmamızın potensialının böyük olduğunu göstərdi. Mükafatçılar sırasına düşmək üçün komandaya nə çatmadı?
- 2-3 səviyyəli oyunçu. Biro Jadenin cəzalı olması son matçda zəifləməyimizə gətirib çıxardı. Düzdür, milli komandamızın oyununu bir nəfər üzərində qurmamalıyıq. Gələcəkdə bu barədə ciddi fikirləşəcəyik. Ancaq fakt odur ki, bir futzalçının yoxluğu yekunda sözünü dedi.
- Qeyd etdiniz ki, çempionatın gedişində yığmamızda bağışlanmaz səhvlər buraxan futzalçılar oldu. Bu, yaxın gələcəkdə milli komandamızın heyətində ciddi dəyişikliyə səbəb ola bilərmi? Ola bilərmi ki, məhz səhvlər ucbatından hansısa futzalçılar yığmadan uzaqlaşdırılsın?
- Təbii ki, Avropa çempionatı məşqçilər heyəti ilə birgə təhlil olunacaq. 2010-cu ildə bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Gələn ilin yanvarında baş tutacaq dünya çempionatının seçmə oyunlarına qədər yığmanın heyətində 50-60 faiz dəyişiklik olacaq.
- Gəncləşdirmə siyasəti aparacaqsınız, yoxsa?
- Bəli, gəncləşdirmə də olacaq. Baş məşqçinin nəzərində 3-4 yerli fuzalçı var indidən onlarla işləmək başlamışıq. Özünüz də gördünüz ki, İspaniya, İtaliya komandalarında braziliyalılar var. Bizim də fikrimiz var ki, 3-4 braziliyalı legioner saxlayaq. Ancaq bunu qabaqcadan demək olmaz.
- Yəni, yığmada braziliyalıların sayı azaldılacaq?
- Yox, əksinə yerli futzalçıların sayı çoxaldılacaq.
- Avropanın 4-cü komandasının heyətində 50-60 faiz dəyişiklik aparmaq nə dərəcədə labüddür?
- Bir sıra futzalçılarımızın yaşı öz özünü deyir. Hazırda yığmanın əsasını Naxçıvanın “Araz” klubu təşkil edir. Ancaq bununla razılaşa bilmərik. Bizə yeni qüvvə, yeni nəfəs lazımdır. İşi bir klubun üzərində qurmaq çətindir. Digər komandalar - “Neftçi“, “Ekol”, “Azmetko” da güclənməlidir ki, seçim imkanımız geniş olmalıdır. Sadaladığım klubların nəzdində yeni heyət formalaşdırıb, getmək istəyirik. Hər halda, biz naşükürlük etmirik. Avropa çempionatında 4-cü yeri tutmaq da böyük uğurdur.
- Braziliya komandası ilə planlaşdırılan yoldaşlıq görüşü nə zaman gerçəkləşəcək?
- Braziliya yığmasının baş məşqçisi ilə Macarıstanda görüşdük, o, çempionatı izləyirdi, yenə bizi yoldaşlıq görüşü keçirməyə dəvət etdi. 23-25 apreldə təşkil olunacaq UEFA kuboku “Dördlər finalı”ndan öncə bu oyun vacibdir. Azərbaycana qayıtdıqdan sonra bu məsələ barədə AFFA rəhbərliyi ilə məsləhətləşəcəyik.
- Üç aydan sonra Lissabonda keçiriləcək “Dördlər finalı” yarışından nə göləyirsiniz?
- Bu, ilin ən mühüm yarışlarından biridir. Milli komandamızla yanaşı, “Araz” da Avropanın dörd ən güclü kollektivi arasına düşüb. Komandanın heyətini bir neçə legionerlə güşləndirmək niyyətindəyik. Çünki bizi möhtəşəm turnir göləyir. “Dördlər finalı“nda Azərbaycan, İspaniya, İtaliya, Portuqaliya yığmaları bir araya gələcəklər, amma bu dəfə klub səviyyəsində. Sözsüz ki. çətin oyunlar olacaq. Orada iştirakımız özü çox mühüm amildir. İstərdik ki, Macarıstanda finala çıxa bilmədiksə, Lissabonda həlledici oyuna yüksələk. Artıq Azərbaycan futzalını tanıyırlar, hörmətlə yanaşırlar və hətta bizdən çəkinirlər.

0
0