“Turan” klubunda şok istefa
31.01.2010 - 14:40
“Turan” klubunda şok istefa
Tovuzun “Turan” klubunun prezidenti Musa Süleymanov istefaya gedib. Bu barədə apasport.az saytına açıqlamasında Süleymanovun özü məlumat verib. O, komandadan ayrılmasına qısa olaraq belə şərh verib: “Komandaya baxmağa gücüm çatmır”.

“Turan”ın yeni prezidentinin adı isə yaxın günlərdə açıqlanacaq. Çox güman ki, bu posta Tovuz İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun yaxın adamlarından biri gətiriləcək.

Qeyd edək ki, son vaxtlar Zeynalovla Süleymanov arasında narazılıq hökm sürürdü.