Anatoli Ponomoryovun qolu “Orduspor”a qələbə gətirdi
31.01.2010 - 17:53
Azərbaycan yığmasının sabiq futbolçusu Anatoli Ponomaryov Türkiyənin “Orduspor” klubunun heyətində bu gün ilk oyununu keçirib. Apasport.az saytının xəbərinə görə, Bank Asiya Liqasında “Qaziantepspor Böyük Bələdiyyə” ilə oyunda Anatolinin komandası qələbə qazanıb – 2:1. Ponomaryov 72-ci dəqiqədə fərqlənməklə, komandasının qələbə topunun müəllifi olub.
0
0