“Neftçi” klubunun saytı bağlandı
31.01.2010 - 18:44
“Neftçi” klubunun saytı bağlanıb. Bu haqda apasport.az saytına komandanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu məlumat verib. Onun sözlərinə görə, sayt yenidən qurulacaq və təxminən 20-25 günə oxucuların istifadəsinə veriləcək. Çox güman ki, sayt əvvəlki kimi www.neftci.az deyil, www.fcneftchi.az ünvanında olacaq.
0
0