“Neftçi” “Turan”ın qapıçısını baxışa çağırıb
03.02.2010 - 00:12
Ölkə çempionatının XVIII turu çərçivəsində bu gün “Qarabağ”la prinsipial qarşılaşmaya çıxacaq “Neftçi” problemlə üzləşib. Apasport.az saytının xəbərinə görə, paytaxt təmsilçisinin heyətində olan hər iki qapıçı - həm serbiyalı Vladimir Miçoviç, həm də litvalı Paulis Qribauskas zədəli olduğundan, “Turan”ın qolkiperi Şamil Saidov baxışa çağırılıb. Amma rusiyalının çıxışı klub rəhbərliyini razı salmadığından geriyə - Tovuza qaytarılıb.
0
0