Türklərin yığma ilə bağlı Bakı planı
03.02.2010 - 09:49
Türkiyə milli komandasının sabiq baş məşqçisi Şenol Günəş yığmadan ayrılmasından 6 il sonra istefasının təfərrüatını açıqlayıb. Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis 2002-ci ildə dünya çempionatında bürünc medal qazandırdığı “ay-ulduzlular”ın baş məşqçisi postundan öz xoşuna getməyib. Türkiyə Futbol Federasiyasının rəsmiləri Bakıya gələrək, planlarını həyata keçiriblər.
“Yığmanı tərk etməyi düzgün saymırdım. Lakin mövsümün sonunda müqaviləmin müddəti bitirdi. Gələcəklə bağlı müzakirələr aparmalı idik. Milli komandadan ayrılmağımı üzümə deyə bilmədilər. Azərbaycana getdilər və oradan xəbər yolladılar. Bunu edənləri bağışlaya bilmirəm” - deyə Günəş vurğulayıb.
Qeyd edək ki, DÇ-2002-də türklərə bürünc medal qazandıran Günəş AÇ-2004-ün final mərhələsindən kənar qaldıqdan sonra komandanı tərk edib. Həmin vaxt onun yetirmələri heç kimin gözləmədiyi halda, pley-off mərhələsində Latviyaya uduzmuşdu.

0
0