“Xəzər-Lənkəran”ın oyununa gəl, hədiyyə qazan
03.02.2010 - 10:36
“Xəzər-Lənkəran”ın oyununa gəl, hədiyyə qazan
Unibank Premyer Liqasının XVIII turu çərçivəsində bu gün keçiriləcək “Xəzər-Lənkəran” - “Standard” matçında birincilərin ən fəal 250 azarkeşinə hədiyyələr bağışlanacaq. Bu barədə apasport.az saytına “12-ci oyunçu” Azarkeş Klubunun Təşkilat Komitəsindən məlumat verilib.

Adıçəkilən qurum görüş ərəfəsində “Fırtınalar meydanı”nda “hamı ağ-yaşıl” adlı layihə həyat keçirəcək. Belə ki, “E” sektoruna toplaşacaq azarkeşlər qarşılaşmanın start fitinə 5 dəqiqə qalmış üzərində “12” yazılmış 50 ədəd futbol köynəyi, 100 ədəd “Xəzər Lənkəran” bayrağı və eyni sayda “Xəzər Lənkəran” şərfləri əldə etmək imkanı qazanacaqlar. Həmçinin, “E” sektoru ağ-yaşıl şarlarla bəzənəcək.

Qeyd edək ki, “Xəzər-Lənkəran” və “Standard” arasında görüş bu gün saat 16:00-da Lənkəran şəhər stadionunda başlanacaq.